İcra başçısı bacısı oğlu ilə birlikdə xoruz döyüşdürdü - Foto

16:04 - 27 Mart 2025 - Cəmiyyət

Beyləqan Rayon İcra Hakimiyyətinin baçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib. 

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib. 

 

 

Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yanyana xoruş döyüşünü izləmələri olub. 

Qeyd edək ki, bundan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı məlumat yaymışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri İcra Hakimiyyəti tərəfindən təkzib edilmişdi. Yayılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin edilməsini bir daha təsdiq edir. 

Xəbər xətti