Dorival Junior futbol üzrə Braziliya milli komandasının baş məşqçisi postunu tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının saytında bildirilir.
"Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF onun əvəzini axtaracaq", - məlumatda deyilir.
Juniorun qovulmasından əvvəl 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya qarşı böyük (1:4) məğlubiyyəti olub. Braziliya hazırda liqa cədvəlində dördüncü yerdədir.
62 yaşlı Dorival Junior 2024-cü ilin yanvarında Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçib.