Marin Le Pen Avropa Parlamentinin maliyyə vəsaitlərinin sui-istifadəsi işi üzrə hökm çıxarmaq üçün Paris məhkəməsinə gəlib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ittiham tərəfi qərarın dərhal qüvvəyə minməsini istəyib.
Məhkəmənin qərarında əsas məqam dövlət orqanlarına seçilməyin mümkünsüzlüyü məsələsi olacaq.
Bu baş verərsə, Le Pen 2027-ci il prezident seçkilərində iştirak edə bilməyəcək və bu, onun siyasi karyerasına ciddi zərbə olacaq.
KİV-in məlumatına görə, respondentlərin 37%-ə qədəri ilk turda Le Penə səs verəcəyi ehtimal edilirdi. O, digər potensial namizədlər arasında liderdir.