İsrail Qəzzaya zərbə endirib - ölənlər var

05:12 - 29 Mart 2025 - DÜNYA

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərinə zərbələr endirilib. Xan Yunisdə isə partlayış zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Xəbər xətti