Federal Aviasiya Administrasiyası (FAA) cümə günü Vaşinqtonun Ronald Reyqan Milli Hava Limanı yaxınlığında bir təyyarə ilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin toqquşmasına yaxın hadisəni araşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə administrasiyanın saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd edilir ki, "Delta Air Lines" şirkətinə məxsus "Airbus A319" sərnişin təyyarəsi sözügedən hava limanından Minnesota ştatına uçurmuş.
Təyyarənin yanında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 4 T-38 Talon təlim təyyarəsi də uçub.
“Delta” təyyarəsinin göyərtəsində həyəcan siqnalı işə düşüb və bu, yaxınlıqda başqa bir təyyarənin olduğunu göstərir”, - departamentdən bildirilib.
Hava dispetçerləri təyyarələrin pilotlarına "düzəlişedici göstərişlər" veriblər.
Hadiə ilə bağlı FAA araşdırma aparacaq.
"USA Today" xəbər verir ki, təyyarə ilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə "toqquşmadan az fərqlə qaçıb".