Abşeronda oğul anasını öldürdü

12:11 - 31 Mart 2025 - HADİSƏ

Abşeronda dəhşətli cinayət törədilib. 

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb. 

Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyev münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirib.  

Hadisəni törədən S.Əliyev polis tərəfindən tutulub. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti