Kiberhücumlar hiyləgər və mürəkkəb olur - Hesablarınızı qorumaq üçün ...

15:11 - 28 Mart 2025 - Cəmiyyət

Texnologiya inkişaf etdikcə kiberhücumlar da daha hiyləgər və mürəkkəb olur. Artıq təkcə şifr ilə hesablarınızı qorumaq kifayət deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Buna görədə ikimərhələli təsdiqləmə (2FA) ilə əlavə təhlükəsizlik qatı yaradaraq kiber riskləri minimuma endirə bilərsiniz. 
2FA nədir?
Hesablarınıza giriş zamanı yalnız şifrə ilə kifayətlənməmək üçün tətbiq olunan əlavə yoxlama sistemidir. Giriş prosesində sizdən ikinci təsdiqləmə tələb olunur:
* OTP kodu (SMS, e-poçt və ya autentifikasiya tətbiqi ilə)
* Biometrik təsdiq (barmaq izi və ya üz tanıma)
* Fiziki təhlükəsizlik açarı (USB açar və ya smart kart)
2FA nə üçün vacibdir?
* Şifrəniz oğurlansa belə, hesaba giriş məhdudlaşır.
* Fișinq və digər kiberhücumlara qarşı əlavə müdafiə təmin edir.
* Bank hesabları, sosial şəbəkələr və iş platformaları üçün yüksək səviyyədə təhlükəsizlik yaradır.

Xəbər xətti