Kanadanın baş naziri Mark Karni tariflərlə bağlı yaxın iki gün ərzində ABŞ prezidenti Donald Trampla telefon danışığı etməyi planlaşdırdığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Karni mətbuat konfransında jurnalistlərə bildirib.
ABŞ tarifləri qüvvəyə minərsə, Ottavanın necə cavab verəcəyi ilə bağlı suala Karni kartları açıqlamağın və gələcəkdə nə edəcəyin söyləməyin mənasının olmadığını deyib.
Karni qeyd edib ki, Kanadanın ABŞ-ın tətbiq etdiyi tariflərə cavab olaraq ala biləcəyi tədbirləri var.
Karni əlavə edib ki, o, Trampın amerikalı işçilərini dəstəkləmək istəyini başa düşür və ona hörmət edir, lakin Kanadanı zəiflətmək üçün hər hansı cəhdi rədd edir.