İlon Maskın peyk interneti Azərbaycanda - QİYMƏTLƏR, QOŞULMA

11:15 - 29 Mart 2025 - Xəbər

“SpaceX”in “Starlink” yüksək sürətli peyk interneti Azərbaycanda işə salınıb

Ucnoqta.az xəbər verir ki, bu barədə peyk şəbəkəsinin “X” sosial media hesabında paylaşım edilib. 

Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir.
Qeyd edək ki, "Starlink" xidməti ABŞ-li məşhur milyarderi İlon Maska məxsus "SpaceX" şirkəti tərəfindən həyata keçirilir. 


Xəbər xətti