Abu Dabinin ən böyük əyləncə parklarından biri olan "Yas Waterworld"də güclü yanğın baş verib.
Əbu-Dabi polisinin verdiyi məlumata görə, yanğın akvaparkın tikilməkdə olan hissəsində baş verib. Ucnoqta.az xəbər verir ki, Əmirliyin “The National” nəşrinin məlumatına görə, yanğın yerli vaxtla saat 14:00-da başlayıb.
Əbu-Dabi polisi açıqlamasında bildirib ki, təcili yardım xidmətləri artıq yanğını söndürüb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.