“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən "qafqazinfo"ya təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.