Bakıda beşmərtəbəli binada yanğın olub

15:04 - 15 Fevral 2025 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti