Çilidə 5,7 bal gücündə zəlzələ baş verib

21:52 - 18 Fevral 2025 - DÜNYA

Çili sularında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Xəbər xətti