Fransa prezidenti Emmanuel Makron gələn həftə ABŞ lideri Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazirin nümayəndəsi Benjamin Həddad LCI telekanalının efirində deyib.
Həddad bildirib ki, gələn həftənin əvvəlində Makron Avropanın Ukrayna ilə bağlı mövqeyini çatdırmaq və Ukraynanın gələcəyinin onun iştirakı olmadan həll edilməməli olduğunu vurğulamaq üçün Trampla görüşə gedəcək.
Onun sözlərinə görə, Aİ ölkələrinin Rusiyaya iqtisadi təzyiq göstərmək üçün bir neçə rıçaqları var.