Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri sosial şəbəkələrdə yanvar ayının təqaüdlərinin hələ də verilməməsindən narazılıq ediblər.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, ADPU-dan bildirilib ki, hazırda texniki problem səbəbindən təqaüdlərin ödənilməsində müəyyən gecikmə yaşanır:
"Lakin problem sırf ADPU ilə bağlı deyil, həmçinin bir neçə ali təhsil müəssisəsində də eyni hal yaşanır. Təqaüdlərin köçürülməsi dövlət qurumları, universitet və bank arasında olan əlaqəli prosesdir. Buna görə də problem aradan qalxan kimi ödəniş həyata keçiriləcək".
Bildirilib ki, yaxın günlərdə təqaüdlərin hesablara köçürüləcəyi gözlənilir.