ChatGPT istifadəçilərinin sayı 400 milyona çatdı

20:00 - 20 Fevral 2025 - DÜNYA

OpenAI-nin ChatGPT chatbotu DeepSeek-in artan populyarlığına baxmayaraq, həftəlik rekord sayda 400 milyon istifadəçiyə çatır.

Ucnoqta.az xəbər verir ki, bu barədə OpenAI-nin əməliyyatlar üzrə baş direktoru Bred Laytkepa istinadən CNBC məlumat yayıb.

Bununla bağlı o, həm də qeyd edib ki, süni intellektə (AI) malik çatbotlara təkcə fiziki şəxslər deyil, biznes qurumları da maraq göstərir.
Laytkepin nöqteyi-nəzərindən, tezliklə "AI bulud xidmətləri kimi olacaq" və onsuz iş görmək mümkün olmayacaq.

Xəbər xətti