Netanyahu HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib

11:32 - 21 Fevral 2025 - DÜNYA

 İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girov Şiri Bibasın cəsədi əvəzinə Həmas hərəkatının radikalları naməlum qəzzalı qadının cəsədini təhvil verib və bunu razılaşmanın amansız və alçaq şəkildə pozulması adlandırıb.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin bu bəyanatını onun ofisi yayıb.

Netanyahu bunun üçün Həmas-ın tam bədəlini ödəyəcəyi ilə hədələyib.

“Şirini bütün girovlarımızla - həm diri, həm də ölü ilə birlikdə evə gətirmək üçün qətiyyətlə hərəkət edəcəyik. Biz zəmanət veririk ki, HƏMAS razılaşmanın bu qəddar və alçaq şəkildə pozulmasının əvəzini tam ödəyəcək”, - o əlavə edib.

Xəbər xətti