Tramp-Putin görüşü substantiv olmalıdır - Rubio

08:18 - 21 Fevral 2025 - DÜNYA

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü substantiv xarakter daşımalı və Ukrayna üzrə danışıqlarda irəliləyişdən asılı olmalıdır.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Bunun nə vaxt olacağını bilmirəm, amma prezident Putin və prezident Tramp arasında görüş baş tutmalıdır. O, əsaslı olmalıdır. Biz bilməliyik ki, bu görüş nədən ibarət olacaq və orada nələr əldə olunacaq. Tipik olaraq, bu görüşlər hansısa nəticə və ya irəliləyişdən xəbər tutana qədər keçirilmir”. - o, vurğulayıb.

Xəbər xətti