İsrail Qəzzaya zərbə endirib - 4 nəfər həlak olub

09:49 - 20 Fevral 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 4 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əvvəllər vəfat etmiş daha iki nəfərin meyiti binaların dağıntıları altından çıxarılıb.

 Nazirlik həmçinin qeyd edib ki, ölənlərin çoxu hələ də dağıntılar altındadır və təcili yardım briqadaları və xilasedicilərin çata bilmədiyi yollardadır.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən bəri ölənlərin ümumi sayı 48 297 nəfərə çatıb, daha 111 733 nəfər yaralanıb.

Xəbər xətti