“CineMastercard”da Türkiyə komediya filminin nümayişi başlayır - Video

10:06 - 20 Fevral 2025 - Cəmiyyət

“CineMastercard” premium kinoteatrlar şəbəkəsində fevralın 20-dən BKM studio tərəfindən “Tur Rehberi” türk komediyasının nümayişi başlayır.

Bu barədə Ucnoqta.az-a kinoteatrdan məlumat verilib.

Bildirib ki, filmin rejissoru Hakan Algüldür. Rolları Cem Gelinoğlu, Alp Öyken, Atılgan Gümüş və balaca aktrisa Melisa Duru Ünal canlandırıblar.

Film, tur bələdçisinin tur zamanı qrupunu həyatda saxlamaq üçün var gücü ilə mübarizə aparmasından bəhs edir. Gənc tur bələdçisi Ercüment ölməyə and içmiş bir qrup yaşlı turistlə səyahətə çıxanda başına nə gələcəyini bilmir. O, həyatının ən çətin səyahətinə çıxır və hər şeyin planlaşdırıldığı kimi getmədiyi gözlənilməz hadisələrin mərkəzində olur.

Xəbər xətti