Messi karyerasının 851-ci qolunu mənfi 16 dərəcədə vurdu

11:53 - 20 Fevral 2025 - İDMAN

KONKAKAF Çempionlar Kubokunun birinci mərhələsinin ilk oyununda Lionel Messi mövsümün ilk qolunu vuraraq "İnter Mayami"ni Sportinq Kanzas Siti üzərində 1:0 hesabı ilə qələbə qazandırıb.

Ucnoqta.az xəbər verir ki, 37 yaşlı argentinalı 56-cı dəqiqədə topu cərimə meydançası daxilindən uzaq küncə göndərərək fərqlənib. O, bütün matçı meydanda keçirib və cavab görüşü öncəsi komandasının minimal üstünlük qazanmasına kömək edib.

Qarşılaşma Kanzas Sitidə mənfi 16 dərəcə həddindən artıq aşağı temperaturda baş tutub. Çətin hava şəraitinə baxmayaraq, Messi karyerasını 851 qola çatdırdı. 

Xəbər xətti