İnarə Vəliyeva yeni vəzifəyə təyin edildi

10:36 - 20 Fevral 2025 - Xəbər

Bakı Metropolitenində yüksək vəzifəyə təyinat olub.

Ucnoqta.az xəbər verir ki, İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC-nin sədr müşaviri vəzifəsinə təyin edilib.

İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

Qeyd edək ki, İnarə Vəliyeva bu təyinata qədər 2023-cü ildən Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Xəbər xətti