ChatGPT-də problemlər yaranıb

00:13 - 20 Fevral 2025 - Xəbər

Müxtəlif ölkələrdən olan istifadəçilər Amerikanın OpenAI şirkətinə məxsus ChatGPT çatbotunda problemlər olduğunu bildiriblər.

Ucnoqta.az xəbər verir ki, bunu Downdetector portalının məlumatları sübut edir.

Ən çox şikayət ABŞ, Böyük Britaniya və Almaniyadakı istifadəçilərdən gəlib.
Çatbotla bağlı problemlər Fransa, İsveçrə, İspaniya, Yunanıstan, İtaliya və digər ölkələrdə də qeydə alınıb.

Əksər istifadəçilər xidmətin özünün işləməsindən (92,7%) və veb-versiyaya girişdə problemlərdən (7%) şikayət edirlər.

Xəbər xətti