9-cu sinif şagirdi özünü 16-cı mərtəbədən atdı

14:11 - 18 Fevral 2025 - Xəbər

Bakı şəhəri, Nizami rayonundakı 210 saylı orta məktəbin 9-cu sinif şagirdi özünü yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

Ucnoqta.az Bakupost.az -a istinadən xəbər verir ki, buna səbəb onun məktəbdə keçirilən imtahanda aşağı nəticə göstərməsi olub.

Məsələ ilə bağlı 210 saylı məktəbdən şagirdin vəfat etdiyini təsdiqləsələr də, hadisənin intihar olduğunu təkzib etdilər:

"İntihar etməyib, yalan söhbətdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər, araşdırma aparılır".

Qeyd edək ki, şagirdin fevralın 15-də özünə qəsd etdiyi bildirilir. İntihar edən şagird rayonlardan birində dəfn edilib.

Xəbər xətti