Öz qulluq mövqeyindən istifadə etməklə dələduzluqda təqsirləndirilən Gülgün Nəsirova barəsində olan cinayət işi üzrə hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Gülgün Nəsirovanın cəzası 3 ilə endirilib.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Gülgün Nəsirova 5 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.