General rəisi işdən çıxartdı - YENİ TƏYİNAT

13:53 - 18 Fevral 2025 - Xəbər

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 14 Saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Həsənov Rövşən Musa oğlu vəzifəsindən azad olunub. 

Digər əmrlə, Məmmədov Emil İlyas oğlu 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi təyin edilib. 

Xəbər xətti