Fevralın 16-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan laborant, kitabxana müdiri, kitabxanaçı, katibə-makinaçı, çağırışaqədər hazırlıq rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi rəhbəri, psixoloq və mühasib vəzifələri üzrə keçirilmiş işə qəbul müsabiqəsinin test imtahanının nəticələri açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, imtahanda iştirak etmiş 610 namizəd nəticələrini öyrənmək üçün qeydiyyatdan keçdikləri mobil nömrənin son 4 rəqəminə uyğun olaraq aşağıda qeyd olunan linkə daxil olaraq tanış ola bilərlər.
Qeyd edək ki, şəhid ailəsi üzvləri və qazilərin topladığı ballar iki əmsala vurularaq hesablanacaq.
Link: https://ref.az/2SVKNXB