Rusiya və ABŞ danışıqları Diriyah kral ailəsinin sarayında baş tutacaq

11:17 - 18 Fevral 2025 - DÜNYA

 Rusiya-Amerika danışıqlarının keçiriləcəyi yer kral ailəsinin saraylarından biri - Albasatin kompleksindəki Diriyah olacaq.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edir.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff daxildir.

Xəbər xətti