Ukrayna münaqişəsi başlayandan sonra Gürcüstan xarici qüvvələr tərəfindən Rusiya ilə müharibəyə sövq edildi və respublikanı nüvə dövləti ilə tək qoydu.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili "Radio Courtoisie"yə müsahibəsində deyib.
Bizi nüvə dövləti ilə baş-başa buraxdılar və söz verdilər: “Buyurun, sizi silahla təmin edəcəyik”.
Avropapərəst gənclər bizi Rusiyaya qarşı müharibəyə çağırdılar. O dövrün hökumətini buna məcbur etdilər. Sual yaranır: “Gürcüstan bu müharibədə iştirak etməli idimi?” - Kavelaşvili dedi.
“Bizi sanksiyalara qoşulmağa, Ukraynaya könüllülər göndərməyə və müharibəni dəstəkləməyə çağırdılar, halbuki biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvü deyilik”, - deyə prezident əlavə edib.
O, xalqın Gürcüstan hakimiyyətinə öz milli maraqlarını müdafiə etməkdə kömək etdiyini vurğulayıb. Kavelaşvili Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin hərəkətlərini tənqid edib.
"Bir gün tarix etiraf edəcək ki, biz ölkəni xilas etdik. Biz vətəndaşlarımıza həqiqəti deməliydik. Çox təəssüf ki, o vaxtkı prezident Zurabişvili Moldova və Ukraynanın arxasında dayanıb", - Kavelaşvili yekunlaşdırıb.