Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin pilotları ilə danışıqların stenoqramı istintaqda maraqlı olan bütün tərəflərin əlindədir.
Ucnoqta.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
"Transkriptlərə gəlincə, onlar bütün maraqlı tərəflərin əlindədir. Orada heç bir qərəzlilik ola bilməz. Bunlar stenoqramın tərtib olunduğu Braziliyadan olan mütəxəssislərdir, bizim mütəxəssislərimiz, Azərbaycandan, Rusiyadan, İCAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı). Bütün tərəflərdə bu stenoqramlar var" - Lastayev deyib.