Rusiya ilə ABŞ arasında danışıqlar yaxşı keçib - Uşakov

16:08 - 18 Fevral 2025 - DÜNYA

Xəbər verdiyimiz kimi, Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilir.

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya ilə ABŞ arasında danışıqların yaxşı keçdiyini bildirib.

Uşakovun sözlərinə görə, Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıb.

"Hələlik Rusiya ilə ABŞ-ın yaxınlaşdığını söyləmək çətindir, lakin bu barədə söhbət gedirdi".
Uşakov qeyd edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir.

Xəbər xətti