Stadionda fişəng partlayışından 30-dək insan yaralandı

07:41 - 19 Fevral 2025 - DÜNYA

Hindistanın cənubundakı Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı öncəsi fişənglərin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV polisə istinadən məlumat yayıb.

Tamaşaçıların olduğu tribunaların yaxınlığında fişənglər partladılıb. İnsanların üzərinə qığılcımlar düşüb. Zərərçəkənlər yaxın xəstəxanaya aparılıb.

 

Polis araşdırma aparır.

Xəbər xətti