Rusiya regionları üzərində 40 PUA vurulub

09:28 - 15 Fevral 2025 - DÜNYA

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 40 pilotsuz təyyarəsini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata grə, 17 PUA Volqoqrad vilayəti, 12-si Kaluqa vilayəti, 9-u Rostov vilayəti və 2-si Saratov vilayəti ərazisi üzərində vurulub.

Xəbər xətti