İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticəsinə əsasən 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib. Bu mərhələdən etibarən eyni ölkəni təmsil edən ölkələrin təmsilçiləri də bir-biri ilə qarşılaşa biləcəklər.
Püşkün nəticəsi:
1/4 final
"Ayaks" (Niderland) – "Yuventus" (İtaliya)
"Liverpul" (İngiltərə) – "Portu" (Portuqaliya)
"Tottenhem" (İngiltərə) – "Mançester Siti" (İngiltərə)
"Barselona" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə)
1/2 finalda isə "Tottenhem" – "Mançester Siti" qarşılaşmasının qalibi "Ayaks" – "Yuventus" cütünün güclüsü, "Barselona" – "Mançester Yunayted" matçında qalib gələn komanda "Liverpul" – "Portu" cütünün güclüsü ilə üz-üzə gələcək.
1/4 final mərhələsinin ilk oyunları aprelin 9-10-u, cavab qarşılaşmaları 16-17-də keçiriləcək. Yarımfinal qarşılaşmaları isə 30 aprel-1 may, cavab matçları 7-8 may tarixlərində baş tutacaq./trend
