ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Vaşinqtonun iddiasına görə, İrana tətbiq edilən blokadanı pozmağa çalışan Panama bayrağı altında üzən “Vela Nova” yük gəmisini hərəkətsizləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Komandanlığın məlumatına görə, gəmi Oman körfəzi vasitəsilə İran limanına doğru hərəkət edib və ABŞ hərbçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb.
Bundan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60 helikopteri “Vela Nova”nın mühərrik bölməsinə iki “Hellfire” raketi atıb. Nəticədə gəmi İran istiqamətində hərəkətini dayandırıb.
CENTCOM bildirib ki, avqustun 11-nə olan məlumata görə, ABŞ qüvvələri blokadanı pozmağa çalışdığı iddia edilən 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, tələblərə əməl etməyən üç gəmini hərəkətsizləşdirib və daha iki gəmidə yoxlama aparıb.
