92
Beşqat “Qızıl top” sahibi və futbol tarixinin ən məhsuldar bombardiri Kriştiano Ronaldo Corcina Rodrigeslə ailə qurub.
Ucnoqta.az bildirir ki, Ronaldo bu barədə “Instagram” səhifəsində məlumat verib.
“The Sun” qəzetinin məlumatına görə, toy mərasiminin avqustun 8-də Funşal şəhərində keçirilməsi planlaşdırılıb.
Ronaldo və Rodriges 2016-cı ildən münasibətdədir. Cütlüyün bu münasibətdən iki övladı var.
Qeyd edək ki, Kriştiano Ronaldonun 41 yaşı var.
