“Real Madrid” Kot-d’İvuar millisinin 19 yaşlı futbolçusu Yan Diomandeni transfer edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2033-cü il tarixinədək nəzərdə tutulub.
Yan Diomande 2025-ci ildən Almaniyanın “Leyptsiq” klubunda çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə verib.
Jurnalist Fabrizio Romanonun məlumatına görə, transferin ümumi dəyəri 140 milyon avro təşkil edib. Bu məbləğin 125 milyon avrosu transfer haqqı, 15 milyon avrosu isə bonuslardan ibarətdir.
Beləliklə, Diomande “Real Madrid” tarixinin ən bahalı transferi olub. O, 2023-cü ildə təxminən 134 milyon avroya (103 milyon avro transfer haqqı və təxminən 30,9 milyon avro bonus) alınan Cud Bellinqemin rekordunu geridə qoyub.
