48
Samara vilayətində yüngül nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Ucnoqta.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin mətbuat xidməti məlumat verib.
Agentliyin məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Təyyarə Koşkinski bələdiyyə rayonunun Novaya Jizn kəndi yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
