31
Uzunluğa tullanma üzrə hazırkı dünya çempionu, italiyalı Mattia Furlani Avropa çempionatının təsnifat mərhələsində zədələnib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Birmingemdə keçirilən yarış zamanı idmançı cəhdlərindən birinin ardından bud nahiyəsində narahatlıq hiss edib və yarış sektorunu müstəqil şəkildə tərk edə bilməyib. Furlani daha sonra əlil arabasında tribunaların altındakı sahəyə aparılıb və turnirdə iştirakını dayandırıb.
21 yaşlı atlet 2025-ci ildə dünya çempionu, 2024-cü il Olimpiya Oyunlarının bürünc medalçısı olub. O, qapalı məkanda keçirilən dünya çempionatlarında da üç medal qazanıb.
