36
Rusiyanın Tümen vilayətində bir neçə pilotsuz uçuş aparatının düşməsi nəticəsində sənaye müəssisələrindən birində yanğın baş verib.
Ucnoqta.az bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Moor məlumat verib.
Onun sözlərinə görə, hadisə yerində fövqəladə hallar xidmətlərinin əməkdaşları çalışır. Qubernator vəziyyətin şəxsi nəzarətində olduğunu bildirib.
Yanğının Tümen vilayətinin Tobolsk şəhərindəki ZapSibNefteximdə baş verdiyi ehtimal olunur. Bu, Rusiyanın ən böyük neft-kimya kompleksidir və SİBUR-un bir hissəsidir.
