Kardioloqlar ürək-damar sağlamlığını qorumaq üçün gündəlik qidalanmada bitki mənşəli zülallara üstünlük verməyi tövsiyə edirlər.
Ucnoqta.az xəbər verir ki, “Express” nəşrinin məlumatına görə, kardioloq Treysi Paeşke və dietoloq Mişel Rutenşteyn ürək sağlamlığı üçün faydalı olan 7 ara yeməyi açıqlayıblar.
Mütəxəssislər bildirirlər ki, bitki mənşəli zülalların istehlakı ürək-damar xəstəlikləri riskinin aşağı olması ilə əlaqələndirilir. Zülal həmçinin qan şəkərinin səviyyəsini tənzimləməyə, toxluq hissini uzatmağa və sağlam çəkini qorumağa kömək edir.Ürək sağlamlığı üçün tövsiyə edilən 7 ara yemək:
Edamame – yaşıl soya paxlası;
Kök və xiyarla humus;
Duzsuz qoz, püstə və ya badam;
Fıstıq əzməsi ilə alma;
Giləmeyvə və ya qoz əlavə edilmiş yunan yoqurtu;
Sobada qovrulmuş noxud;
Tam taxıllı krakerlə konservləşdirilmiş qızılbalıq.
Mütəxəssislər vurğulayırlar ki, yüksək zülallı pəhrizə keçmək mütləq deyil. Əsas məsələ keyfiyyətli zülal mənbələri seçmək və balanslı qidalanmaqdır.
Qeyd edək ki, heç bir qida məhsulu təkbaşına ürək-damar xəstəliklərinin qarşısını ala bilməz. Sağlam qidalanma isə ürəyin qorunmasında mühüm rol oynayır.
