İsrail Müdafiə Ordusunda pilotsuz sistemlər və süni intellekt əsasında işləyən texnikadan istifadə edən ayrıca qoşun növü yaradılacaq.
Ucnoqta.az bildirir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir məlumat verib.
Onun sözlərinə görə, yeni qoşun növünün yaradılması ilə bağlı qərar artıq təsdiqlənib və yaxın zamanda həyata keçiriləcək. Yeni struktur dənizdə, quruda və havada istifadə olunan robotlaşdırılmış sistemlərə cavabdeh olacaq.
Zamir bildirib ki, bu, “nəsildə bir dəfə baş verən transformasiya”dır və İsrail Müdafiə Ordusu bu sahədə qlobal lider olmağı qarşısına məqsəd qoyub.
Generalın sözlərinə görə, yeni qoşun növünün rəsmi təqdimatı bu il dekabrın 4-dən 12-dək qeyd olunacaq Hanuka bayramı ərəfəsində və ya həmin günlərdə keçiriləcək.
