33
Bolqarıstanda beynəlxalq yarışlar zamanı paraplanın qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
Hadisə ölkənin Stara-Zaqora şəhəri yaxınlığında, Stara Planina dağlarında baş verib.
Ucnoqta.az xəbər verir ki, Nova telekanalının xilasetmə xidmətinə istinadən verdiyi məlumata görə, paraplanın pilotu həlak olub. Onun meyiti xilasedicilər tərəfindən çətin keçilən ərazidə aşkarlanıb.
Axtarış-xilasetmə əməliyyatına Bolqarıstan Hərbi Hava Qüvvələrinin helikopteri, tibbi xidmətin helikopteri və yerüstü xilasedici qruplar cəlb olunub.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.
