Tatarıstanda polis əməkdaşları M-7 “Volqa” magistralında patrul avtomobilinin tələbinə tabe olmayan sürücünü təqib edərək saxlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk məlumat verib.
Bildirilib ki, “Lada Niva” markalı avtomobilin sürücüsü polisi gördükdən sonra hərəkət istiqamətini dəyişərək qaçmağa başlayıb. Polis əməkdaşlarının dəfələrlə dayanmaq tələbinə məhəl qoymayan sürücü yüksək sürətlə hərəkət edib və təhlükəli manevrlər edib.
Digər hərəkət iştirakçıları üçün təhlükə yarandığından polis avtomobilin təkərlərinə atəş açıb. Avtomobil dayandırıldıqdan sonra sürücü müqavimət göstərib və polis əməkdaşlarından birini yaralayıb.
Hadisə ilə bağlı sürücü barəsində inzibati protokollar tərtib edilib, cinayət işi başlanıb.
