20
Çexiya hakimiyyəti qonşu ölkələrdə, o cümlədən Almaniyada baş verən insidentlər fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TK agentliyi Çexiyanın daxili işlər naziri Lubomir Metnara istinadən məlumat yayıb.
Nazir bildirib ki, vəziyyətə uyğun olaraq bir sıra “konkret tədbirlər” görülür. Lakin təhlükəsizlik səbəbindən bu tədbirlərin detalları açıqlanmır.
Çexiya Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik vəziyyətini sabit qiymətləndirir. Bununla yanaşı, Pravo qəzetinin məlumatına görə, ölkənin hava limanları və dəmiryol vağzallarında təhlükəsizlik tədbirləri artıq gücləndirilib.
