21
Madriddə Seutaya dəstək məqsədilə keçirilən nümayiş zamanı radikal düşüncəli nümayişçilərin törətdiyi insidentlər nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Telecinco telekanalı məlumat yayıb. İnsidentlərlə bağlı 4 nəfər saxlanılıb.
Telekanalın məlumatına görə, çərşənbə axşamı axşam İspaniyanın müxtəlif şəhərlərində minlərlə insan muxtar Seuta şəhərində qeyri-qanuni miqrantlarla bağlı vəziyyətə etiraz etmək üçün küçələrə çıxıb.
Madriddə isə mərkəzi Sibele meydanında 50 minədək insan toplaşıb. Aksiya iştirakçıları Seutaya dəstək şüarları səsləndiriblər. El Pais qəzeti yazır ki, nümayiş şəhərdə genişmiqyaslı aksiyaya çevrilib.
