26
Venesuelanın Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) qalması və ya təşkilatdan çıxması barədə qərarı ölkə hökuməti özü verməlidir.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Bu, suveren Venesuela dövlətinin müzakirə etməli olduğu məsələdir. Qərarı onlar verməlidirlər”, – deyə o bildirib.
ABŞ Energetika Nazirliyinin rəhbəri əlavə edib ki, bu məsələni Venesuela rəsmiləri ilə müzakirə etməyib.
