İtaliyanın Baş naziri Corcia Meloninin rəhbərlik etdiyi sağçı hökumət cümə günü ölkənin İkinci Dünya müharibəsindən sonrakı tarixində ən uzun müddət fəaliyyət göstərən hökumət olacaq.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın ilk qadın baş naziri eyni hökumətin tərkibində 1413 gündür hakimiyyətdə qalaraq Silvio Berluskoninin ikinci hökumətinin 1412 günlük rekordunu geridə qoyacaq.
Təxminən 80 il ərzində 70-ə yaxın hökumətin dəyişdiyi İtaliyada analitiklər bu rekordun 2027-ci ildə keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində Meloninin mövqelərini gücləndirəcəyini düşünürlər.
Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” (FdI) partiyasının rəy sorğularında ilk sırada olması onun 2022-ci ildəki qələbəsini təkrarlaya biləcəyinə işarə etsə də, ekspertlər seçki mübarizəsinin çətin keçəcəyini bildirirlər.
YouTrend araşdırma şirkətinin nümayəndəsi Lorenzo Preqlasko qeyd edib ki, son hadisələr Meloninin yenidən seçilmə perspektivlərini çətinləşdirib. Onun sözlərinə görə, Meloninin bu il məhkəmə islahatı ilə bağlı referendumda məğlub olması seçicilərə “alternativ çoxluğun mümkün olduğunu” göstərib.
