30
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri Rusiya ordusunun 1 milyon 483 min 780 hərbçisi yaralanıb və ya məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 28-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son sutka ərzində1 630 rusiyalı hərbçinin zərərsizləşdirildiyi, həmçinin 16 yerüstü robototexniki kompleks, 55 artilleriya sistemi və digər hərbi texnikanın məhv edildiyi bildirilir.
Baş Qərargahın məlumatına görə, 24 fevral 2022-ci ildən 28 avqust 2026-cı ilədək Rusiyanın ümumi döyüş itkiləri təxminən belə olub:
- canlı qüvvə – 1 483 780 (+1 630) nəfər;
- tanklar – 12 307 (+3);
- zirehli döyüş maşınları – 25 237;
- artilleriya sistemləri – 48 749 (+55);
- reaktiv yaylım atəşi sistemləri – 2 067 (+2);
- hava hücumundan müdafiə vasitələri – 1 593 (+3);
- təyyarələr – 440;
- helikopterlər – 354;
- yerüstü robototexniki komplekslər – 2 420 (+16);
- operativ-taktiki səviyyəli PUA-lar – 485 024 (+1 657);
- qanadlı raketlər – 5 060 (+8);
- gəmilər/qayıqlar – 35;
- sualtı qayıqlar – 2;
- avtomobil texnikası və yanacaq çənləri – 140 741 (+493);
- xüsusi texnika – 4 604 (+2).
