24
UEFA FIFA prezidenti Canni İnfantinoya qarşı etimadsızlıq səsverməsi keçirmək planından geri çəkilib.
Ucnoqta.az xəbər verir ki, BBC-nin məlumatına görə, belə bir qərarın qəbul edilməsi üçün UEFA-ya üzv assosiasiyaların dörddə üçünün, yəni 159 qurumun dəstəyi tələb olunardı. Bunun isə real görünmədiyi bildirilir.
Bunun əvəzinə UEFA-nın gələn ilin martında keçiriləcək FIFA prezident seçkilərində İnfantinoya qarşı çıxacaq vahid namizəd üzərində razılığa gəlmək niyyətində olduğu qeyd olunur. Seçkidə iştirak üçün ərizələrin təqdim edilməsinin son tarixi 18 noyabrdır.
